BAKI, 9 sentyabr. TELEQRAF
Zərdabda 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, qəza gecə saatlarında Zərdab-Ağcabədi avtomobil yolunda baş verib.
“KİA” markalı minik avtomobili hərəkətdə olarkən traktorla toqquşub. Toqquşmadan sonra minik avtomobilində yanğın baş verib. Nəticədə avtomobildə olan 5 nəfər yanaraq ölüb.
Qəzada “KİA” markalı minik avtomobilinin sürücüsü, 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, sərnişinlər – 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimova həlak olublar.
Məlumata görə, hadisə zamanı dünyasını dəyişənlər bir ailənin üzvü olublar.