BAKI, 9 sentyabr. TELEQRAF

İordaniyanın hava hücumundan müdafiə sistemləri İran ərazisindən ölkəyə atılan raketləri zərərsizləşdirməyə çalışır.

Teleqraf xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, İordaniyanın hava hücumundan müdafiə sistemləri İran raketlərinin yaylım atəşini qarşılayır və raketlərin bir qismini havada məhv edir.

Hadisənin nəticələri və mümkün dağıntılar barədə hələlik əlavə məlumat verilməyib.