BAKI, 8 sentyabr. TELEQRAF

Türkiyə 12 ölkənin İsrailə qarşı birgə sanksiya qərarını dəstəkləyir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

"Biz Böyük Britaniya, Fransa və Kanada başda olmaqla 12 ölkənin İordan çayının qərb sahilində qanunsuz məskunlaşmalarla ticarət və biznes əlaqələrinin qadağan edilməsi üçün atdığı addımları alqışlayırıq və dəstəkləyirik", - bəyanatda bildirilir.

Bəyanatda İsrailin iki dövlətli həlli aradan qaldırmaq səylərinin gündən-günə gücləndiyi vurğulanaraq, qanunsuz məskunlaşmaların sistematik işğal siyasətinə çevrildiyi, Fələstin Dövlətinin mövcudluğunu təhdid etdiyi və "məskunlaşma terrorunun" etnik təmizləmə səviyyəsinə çatdığı vurğulanıb.