BAKI, 9 sentyabr. TELEQRAF
“Real Madrid”in türkiyəli futbolçusu Arda Güler UEFA Çempionlar Liqasının 2025/26 mövsümünün “İlin kəşfi” mükafatına sahib çıxıb.
Teleqraf xəbər verir ki, 21 yaşlı futbolçu mükafatını “Real Madrid” - “İnter” qarşılaşması öncəsi portuqaliyalı əfsanəvi futbolçu Luis Fiqonun əlindən alıb.
UEFA-nın Texniki Müşahidəçilər Qrupu Arda Güləri ötən mövsüm Çempionlar Liqasında göstərdiyi performansa görə bu mükafata layiq görüb. Türkiyə millisinin üzvü turnirdə 14 oyuna çıxıb, bunların 13-nə start heyətində başlayıb. O, 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, UEFA sözügedən mükafatı Çempionlar Liqasının “Mövsümün ən yaxşı gənc futbolçusu” mükafatının əvəzinə təsis edib. Mükafat mövsüm ərzində nəzərəçarpacaq inkişaf göstərən gənc futbolçulara təqdim olunur.