BAKI, 8 sentyabr. TELEQRAF

Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində obyektdə yanğın məhdudlaşdırılıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğın genişlənməsinə imkan vermədən qısa müddətdə məhdudlaşdırıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Hadisə zamanı xəsarət alan olmayıb.

***
20:08

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***
19:52

Bakının Sabunçu rayonu ərazisində yerləşən Balaxanı Sənaye Parkında yanğın baş verib.

Teleqraf xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin çoxlu sayda yanğınsöndürən maşını və canlı qüvvəsi dərhal əraziyə cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.