BAKI, 9 sentyabr. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Hərbi Dəniz Qüvvələrinin iki esminesinə ballistik raketlərlə zərbələr endirdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatına istinadən İranın dövlət teleradio şirkəti məlumat yayıb.
Bəyanatda SEPAH-ın Aerokosmik Qüvvələrinin ballistik raketlərdən istifadə etməklə ABŞ-nin DDG-119 və DDG-53 bort nömrəli döyüş gəmilərini hədəfə aldığı bildirilib.
Qeyd olunub ki, “Aegis” döyüş sistemi və qanadlı raketlərlə təchiz edilmiş gəmilərə ciddi ziyan dəyib.
ABŞ tərəfi hələlik SEPAH-ın açıqladığı məlumatı təsdiqləməyib.