BAKI, 9 sentyabr. TELEQRAF

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) beş İran neft tankerini vurduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.

Məlumata görə, ABŞ qüvvələrinin əməliyyatı nəticəsində beş İran neft tankeri məhv edilib.

Hadisənin harada baş verdiyi və əməliyyatın digər detalları barədə hələlik məlumat verilməyib.

***

01:30

ABŞ Silahlı Qüvvələri İranın Cask limanı yaxınlığında daha bir mülki ticarət gəmisinə zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.

Bildirilib ki, son üç saat ərzində ABŞ Fars körfəzində artıq üç İran gəmisini hədəfə alıb.

Bundan əvvəl İran mediası Cask limanı və Xark adası yaxınlığında yerləşən neft tankerlərinə də zərbələr endirildiyini açıqlamışdı.

***

8 sentyabr

23:35

ABŞ hərbi qüvvələri Xarq adası yaxınlığında lövbər salmış İran neft tankerinə raket zərbəsi endirib.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.

İki yoxdur və heyət təxliyə olunub.

Daha əvvəl Xarq adası yaxınlığında, eləcə də Cask şəhərində partlayışlar baş verdiyi barədə məlumat yayılıb.