BAKI, 8 sentyabr. TELEQRAF
Süni intellektlə işləyən pilotsuz sistemlər və avadanlıqlar İsrail ordusunun yeni bir qolunun əsasını təşkil edəcək.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bildirib.
"Pilotsuz Sistemlər və Süni İntellekt Qüvvələrinin yaradılması nəzərdə tutulub. Bu, tezliklə həyata keçiriləcək", - deyə o, müdavimlərin məzun mərasimində çıxış edərkən bildirib.
Zamirin sözlərinə görə, ordunun bu qolu dənizdə, quruda və havada yerləşdirilən robot sistemlərindən məsul olacaq. General qeyd edib ki, bu, nəsildə bir dəfə baş verən bir transformasiyadır və İsrail Müdafiə Qüvvələri bu sahədə qlobal lider olmaq niyyətindədir.
O, yeni hərbi növün rəsmi olaraq bu il 4-12 dekabr tarixlərində qeyd olunacaq Hanuka bayramına qədər tətbiq olunmalı olduğunu deyib.