BAKI, 9 sentyabr. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio Ukrayna məsələsi ilə bağlı Moskva və Kiyevdə keçirilən danışıqları “məzmunlu” adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rubio bildirib ki, Ukrayna münaqişəsinin nizamlanması istiqamətində Moskva və Kiyevdə baş tutan danışıqlar məzmunlu olub.

Danışıqların detalları ilə bağlı əlavə məlumat verilməyib.