BAKI, 9 sentyabr. TELEQRAF
Rusiya və Koreya Xalq Demokratik Respublikası (KXDR) hərtərəfli strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində əməkdaşlığı davam etdirəcək.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin KXDR-in yaranmasının 78-ci ildönümü münasibətilə Şimali Koreya lideri Kim Çen Ina ünvanladığı təbrik teleqramında bildirib.
Teleqramın mətnini Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) yayıb.
Putin Moskva ilə Pxenyan arasında münasibətlərin hər zaman dostluq, mehriban qonşuluq və qarşılıqlı yardım prinsipləri əsasında qurulduğunu bildirib.
“Şübhəsiz ki, dövlətlərimiz arasında hərtərəfli strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün ən sıx birgə işi davam etdirəcəyik”, - Rusiya lideri qeyd edib.
Putinin sözlərinə görə, bu əməkdaşlıq Rusiya və Şimali Koreya xalqlarının maraqlarına cavab verir, regional təhlükəsizliyin təmin edilməsinə, həmçinin daha ədalətli və çoxqütblü dünya nizamının qurulmasına xidmət edir.
Rusiya Prezidenti Kim Çen Ina möhkəm cansağlığı və dövlət fəaliyyətində uğurlar, Şimali Koreya xalqına isə rifah və tərəqqi arzulayıb.