BAKI, 16 iyun. TELEQRAF
İranın üç günlük raket hücumları nəticəsində İsraildə 24 nəfər həlak olub, 600-dən çoxu yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail hökuməti məlumat yayıb.
Məlumata görə, İranın son üç gündə ölkəyə endirdiyi raket zərbələri nəticəsində 24 nəfər vəfat edib, təxminən 600 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.