BAKI, 16 iyun. TELEQRAF
Son günlər ərzində İsraildə 30 fərqli nöqtəyə İran raketləri düşüb.
Teleqraf xəbər verir ki, bu barədə yəhudi dövlətinin hökuməti məlumat yayıb.
Bildirilib ki, İran İsrail istiqamətində ümumilikdə 370 raket buraxıb.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.