BAKI, 16 iyun. TELEQRAF
ABŞ və digər Qərb ölkələrinin İsrailə göstərdiyi geniş dəstək beynəlxalq sülh və təhlükəsizliyə misli görülməmiş təhdid yaradır.
Teleqraf xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bu gün brifinq zamanı bildirib.
Diplomat deyib: “İsrail rejiminin cəzasız qalması və ABŞ ilə Qərb ölkələrinin ona verdiyi hərtərəfli dəstək beynəlxalq sülhə və regional təhlükəsizliyə qarşı misilsiz təhlükə təşkil edir.”
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.