BAKI, 16 iyun. TELEQRAF

İranın İsrailə qarşı həyata keçirdiyi gecə hücumlarından sonra İsrailin müdafiə naziri İsrael Katz sərt bəyanatla çıxış edib.

Teleqraf xəbər verir ki, o , Tehranın bu addımlarına cavabsız qalmayacağını bildirib.

“İran hakimiyyətinin bu təxribatçı davranışlarının nəticəsini sadə Tehran sakinləri də tezliklə hiss edəcək. Onlar bunun bədəlini ödəyəcəklər”, – nazir vurğulayıb.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.