BAKI, 16 iyun. TELEQRAF
İran İsrailin onun ərazisinə hücumları davam etdiyi müddətdə atəşkəs barədə danışıqlara qatılmaqdan imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, İran bu mövqeyini bölgədə vasitəçilik missiyasını yerinə yetirən Qətər və Oman rəsmilərinə bildirib.
Rəsmi Tehran vurğulayıb ki, İsrailin hücumları dayandırılmadan atəşkəs barədə heç bir danışıq mümkün deyil.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.