BAKI, 16 iyun. TELEQRAF
İran bu gün səhər saatlarında İsrailin Təl-Əviv və Hayfa şəhərlərinə endirdiyi zərbələr zamanı hipersəs raketlərindən istifadə edib.
Teleqraf xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, bu raketlər yüksək sürət və manevr qabiliyyətinə malik olduğu üçün hava hücumundan müdafiə sistemlərini aşmaqda uğurludur.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.