BAKI, 16 iyun. TELEQRAF
ABŞ-nin Təl-Əvivdə yerləşən səfirlik bölməsi yaxınlığında baş verən raket zərbələri nəticəsində zərər görüb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi məlumat verib.
Onun sözlərinə görə, hücum səfirlik kompleksinin yaxınlığında baş verib, lakin səfirlik əməkdaşları arasında xəsarət alan olmayıb.
Hadisə nəticəsində binada müəyyən dərəcədə ziyan yaranıb, lakin səfirliyin fəaliyyəti davam etdirilir.
ABŞ tərəfi vəziyyəti izlədiyini və əməkdaşlarının təhlükəsizliyini təmin etdiyini bildirib.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İranın hərbi-strateji nöqtələrinə və nüvə müəssisələrinə zərbələr endirməyə başlayıb. Hava əməliyyatları nəticəsində İran ordusunun ali rütbəli hərbçiləri həlak olub. İran isə iyunun 14-dən etibarən İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirir. Hər iki tərəfdən ölənlər və yaralananlar var.