BAKI, 9 iyun. TELEQRAF
İyunun 9-da səhər saatlarından başlayaraq İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hücumlar nəticəsində azı 23 fələstinli həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə Fələstinin WAFA agentliyi məlumat yayıb.
Məlumata görə, Rafah şəhərinin cənubunda yardım paylanma mərkəzlərinin yaxınlığında toplaşan insanların üzərinə açılan atəş nəticəsində 8 nəfər həyatını itirib.
Eyni zamanda, Qəzza zolağının mərkəzində yerləşən nəzarət-keçid məntəqəsi yaxınlığında yardım növbəsində dayanan fələstinlilərə İsrail hərbi aviasiyasının endirdiyi hava zərbələri nəticəsində 28 nəfər xəsarət alıb.
Qeyd edək ki, bölgədə humanitar vəziyyət ağır olaraq qalır və yardım mərkəzlərinin ətrafında toplaşan dinc sakinlər dəfələrlə hücumların hədəfinə çevrililər.