BAKI, 1 iyun. TELEQRAF
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir hərbi qüvvələrə HƏMAS-a qarşı quru hücumunu Qəzza zolağının əlavə ərazilərinə genişləndirməyi əmr edib.
Teleqraf “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə qərar İsrail ordusunun müxtəlif bölmələrinin rəhbərləri ilə keçirilən görüş zamanı qəbul edilib.
Bundan əlavə, görüş zamanı mülki fələstinlilər üçün əlavə yardım paylanması məntəqələrinin yaradılması barədə tapşırıq verilib.
"Biz güclü və güzəştsiz bir hərbi əməliyyat kampaniyasının ortasındayıq. HƏMAS vəziyyətə nəzarəti itirir. Biz qatil Məhəmməd Sinvarı məhv etdik və 7 oktyabrın bütün digər qatillərinə aydın ismarış göndərdik: sizin də gününüz gələcək!", - Zamirin açıqlamasında deyilir.