BAKI, 1 iyun. TELEQRAF
Qəzza Humanitar Fondunun rəhbərlik etdiyi yardım paylanması sistemi "ölüm tələsi”dir.
Teleqraf “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, bunu BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyinin rəhbəri Filip Lazzarini deyib.
Onun sözlərinə görə, bu sistem minlərlə ac və ümidsiz insanı bombardman nəticəsində demək olar ki, məhv edilmiş əraziyə onlarla mil piyada yol getməyə məcbur edir.
BMT rəsmisi İsraili Qəzzanın blokadasını aradan qaldırmağa və "kütləvi aclığın" qarşısını almaq üçün BMT-yə təhlükəsiz, maneəsiz giriş imkanı verməyə çağırıb.