BAKI, 24 may. TELEQRAF
Suriya ABŞ-nin sanksiyalarının rəsmi şəkildə ləğvini onun müharibədən sonrakı bərpasına kömək edəcək müsbət addım kimi qiymətləndirib.
Teleqraf xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
“Suriya Ərəb Respublikası ABŞ hökumətinin Suriya və onun xalqına qarşı uzun illər tətbiq etdiyi sanksiyaları ləğv etmək qərarını alqışlayır. Bu, ölkədə humanitar və iqtisadi məsələlərin həlli üçün düzgün istiqamətdə atılmış müsbət addımdır”, - bəyanatda qeyd olunub.
Xatırladaq ki, bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyalarını rəsmən ləğv edildiyini açıqlamışdı.