BAKI, 28 sentyabr. TELEQRAF

“Düşmənlər elə bilirdilər ki, dirəyini vursalar, çadır dağılacaq, amma bu, xalqımızın motivasiyasını daha da yüksəltdi və o, rəhbərin (Əli Xamenei) qisasını almağın ardınca getdilər və hələ də bu yoldadır. İran xalqı bu məsələnin üstündən elə-belə keçib getməyəcək”.

Teleqraf xəbər verir ki, bunu İran Quru Qoşunları komandanının müavini general Həbibullah Səyyari deyib.

“Hörmüz boğazı və Fars körfəzi İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Dəniz Qüvvələrinin tam nəzarəti altındadır”, - Səyyari bildirib.

General iddia edib ki, Hind okeanının şimal hissəsi isə SEPAH-ın tam nəzarətindədir: “İran ordusu Oman dənizinin şimalında və Hörmüz boğazının şərqində əzmlə dayanıb və heç kimin keçməsinə icazə vermir”.

Həbibullah Səyyari ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı açıqlamalarını da “söz oyunu” adlandırıb.