BAKI, 28 sentyabr. TELEQRAF

“Avropa İttifaqının (Aİ) Bab əl-Məndəb boğazındakı dəniz missiyasının təcili döyüş gəmilərinə ehtiyacı var. Missiyanın ticarət gəmilərini müşayiət edə biləcək 10 gəmisi belə yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

“Avropa İttifaqının Qırmızı dənizdə “Aspides” əməliyyatı mövcud olsa da, onun təcili malik olduğundan daha çox sayda hərbi gəmiyə ehtiyacı var”, o bildirib.

Kallas vurğulayıb ki, Aİ-dən Bab əl-Məndəb boğazından keçən gəmilərin müşayiət olunması ilə bağlı çoxsaylı müraciətlər daxil olsa da, bunun üçün döyüş gəmiləri lazımdır.

“Aspides” missiyası 2024-cü ildə ticarət gəmilərini husilərin raket hücumlarından qorumaq üçün yaradılarkən, onun tərkibində 10 gəminin olması barədə qərar qəbul edilmişdi. Hazırda orada 10 belə gəmi yoxdur”, - Aİ-nin baş diplomatı qeyd edib.