BAKI, 28 sentyabr. TELEQRAF
“ABŞ bilməlidir ki, ayaqlarını yorğanına görə uzatmsa və ölkəmizin ərazisinə təcavüzə cəhd göstərsə, dünyanın iki mühüm enerji boğazını - Hörmüz və Bab əl-Məndəb tamamilə bağlanacaq”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Salar Vilayətmədar deyib.
“Hörmüz və Bab əl-Məndəb boğazlarını tamamilə bağlamaq İran üçün heç də çətin deyil. Əgər bu günə qədər bu iki boğaz tamamilə bağlanmayıbsa, səbəbi İran xalqının təmkinli davranışı və humanist mövqeyidir.
Avropalılar da bilməlidir ki, əgər Trampın yanlış siyasətini izləmək istəsələr, Hörmüz və Bab əl-Məndəb boğazlarının bağlanması və regiondan enerji ixracının dayandırılması onlara daha baha başa gələcək”, - deputat qeyd edib.