BAKI, 29 sentyabr. TELEQRAF

Hörmüz boğazından keçən gəmi naməlum mərmi ilə hədəfə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi məlumat yayıb.

Bildirilib ki, hücumdan sonra gəmidə yanğın baş verib.

“Yanğın söndürüldükdən sonra gəmi hərəkətini bərpa edib”, - qurum vurğulayıb.