BAKI, 28 sentyabr. TELEQRAF
İranın Hörmüz boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə raket zərbəsi endirməsi nəticəsində səkkiz dəniz piyadası yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə NBC ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Hərbçilərin kəllə-beyin travması aldığı bildirilib. Hücum sentyabrın 14-də baş verib.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Möhəbi bundan əvvəl bildirmişdi ki, İran təcavüz halında bölgədəki əlavə ABŞ hədəflərinə yeni silahlarla hücuma başlayacaq. Möhəbi dəyişikliklərin müharibənin coğrafiyasına, istifadə olunan silahlara və hərbi texnikalara da təsir edəcəyini iddia edib.