BAKI, 28 sentyabr. TELEQRAF

Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva Əbu-Dabi şəhərində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nəhyanla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan rəsmisi sosial media hesabında məlumat verib.

“Söhbət zamanı ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə etdik, həmçinin süni intellektin inkişafı mövzusuna toxunduq”, - Mirziyoyeva bildirib.