BAKI, 21 may. TELEQRAF
Son 24 saat ərzində İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 98 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu məlumatı Qətərin “Əl Cəzirə” televiziya kanalı anklavın Səhiyyə Nazirliyinə istinadən yayıb.
Kanalın məlumatına görə, ötən gün ərzində təxminən 300 nəfər yaralanıb.
Qeyd edək ki, Qəzza Səhiyyə Nazirliyinin statistikasına əsasən, 18 martda sektorda döyüş əməliyyatları bərpa edildikdən indiyədək 3427 nəfər öldürülüb, 9647 nəfər yaralanıb. 2023-cü ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra ölənlərin sayı 53573 nəfərə, yaralananların sayı isə 121688 nəfərə çatıb.