BAKI, 19 may. TELEQRAF

"İsrail bütün Qəzza ərazisi üzərində hərbi nəzarət qurmaq niyyətindədir".

Teleqraf xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

Netanyahu deyib ki, əməliyyatın məqsədi dəyişməz olaraq qalır: HƏMAS hərəkatını məğlub etmək və Qəzada əsir olan israilliləri azad etmək.

O həmçinin qeyd edib ki, İsrail yaxın zamanlarda ABŞ ilə birgə humanitar yardımları paylamaq üçün məntəqələr quracaq. Bunun məqsədi, HƏMAS tərəfdarlarının yardımı oğurlamasının qarşısını almaqdır: "Biz Qəzzanın bütün ərazisi üzərində nəzarət qurmağa qərarlıyıq”.