BAKI, 19 may. TELEQRAF

“Əgər Vaşinqton Tehranın uranın zənginləşdirilməsini tamamilə dayandırması şərtində təkid etsə, ABŞ ilə nüvə müzakirələri heç bir nəticə verməyəcək”.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi deyib.

“Heç bir şəkildə zənginləşmə hüququmuzdan əl çəkməyəcəyik və bu məsələdə heç bir geri çəkilməyi qəbul etməyəcəyik”, - diplomat bildirib.

Xatırladaq ki, ABŞ prezidentinin xüsusi nümayəndə Stiven Uitkoff bundan əvvəl Vaşinqtonun Tehrandan uranın zənginləşdirilməsini tamamilə dayandırmasını tələb etdiyini açıqlamışdı.