BAKI, 17 may. TELEQRAF

HƏMAS Ərəb Liqasını İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Təşkilat Ərəb Liqasının Bağdadda keçirilən sammitinin iştirakçılarına müraciət edərək, İsrailə qarşı sanksiyalar tətbiq etmək tələbi ilə çıxış edib.

Teleqraf xəbər verir ki, bu barədə radikal qrupun teleqram kanalında yayımlanan bəyanatda bildirilib.

HƏMAS Ərəb Liqasını öz tarixi rolunu yerinə yetirməyə və İsrailin Qəzzaya qarşı təcavüzünü dayandırmaq, həmçinin ona qarşı blokadanı aradan qaldırmaq üçün konkret addımlar atmağa çağırıb.

Bəyanatda ərəb ölkələrindən və beynəlxalq ictimaiyyətdən İsrailə dərhal sanksiyalar tətbiq etmələri tələb olunub. HƏMAS, eyni zamanda, İsrail rəhbərliyinin üzvlərinin "müharibə cinayətkarı kimi" qınanılmasını tələb edib, çünki Qəzzada hazırda yüzlərlə insanın öldüyünü və yaralandığını vurğulayıb.