BAKI, 16 may. TELEQRAF
İsrailin endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində Qəzza zolağında azı 115 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail ordusunun Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərinə endirdiyi silsilə zərbələr nəticəsində ölənlərin sayı 60-dan çox olub.