BAKI, 15 may. TELEQRAF
Qəzza zolağında istənilən həll prosesi HƏMAS-ın tam tərksilah edilməsini əhatə etməlidir.
Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.
Uitkoff HƏMAS-ın Qəzzada davam edən hərbi mövcudluğunu qəbuledilməz hesab edərək, onun tərksilah edilməsinin davamlı sülh sazişinin vacib hissəsi olduğunu vurğulayıb.
ABŞ prezidentinin xüsusi nümayəndəsi əlavə edib ki, İsrailin ictimai rəydə girovların danışıqlar yolu azad edilməsi ilə bağlı kəskin fikir ayrılığı var.