BAKI, 13 may. TELEQRAF

İsrail Xan Yunis şəhərində yerləşən Nasser Tibb Kompleksinə hava zərbələri endirib.

Teleqraf “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, hücum nəticəsində jurnalist Hassan Eslaih həlak olub.

İsrail tərəfi hücum hədəfinin Nasser xəstəxanasının ərazisində fəaliyyət göstərən HƏMAS-ın komanda-nəzarət kompleksinin olduğunu bəyan edib.

Qeyd edək ki, Hassan Eslaih ötən ay İsrail ordusunun xəstəxananın yaxınlığında mətbuat nümayəndələri üçün ayrılmış çadıra endirdiyi zərbə nəticəsində yaralanmışdı.