BAKI, 13 may. TELEQRAF
Qəzzada əsir saxlanılan İdan Aleksandrın azad edilməsini alqışlayıram.
Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin “X” sosial şəbəkəsində etdiyi paylaşımda deyilir.
“Mən bütün tərəfləri bugünkü azadedilmə əsasında bütün girovların azad edilməsini, münaqişənin sona çatdırılmasını, Qəzzaya humanitar yardımın göstərilməsini və iztirablara son qoyulmasını təmin edəcək hərtərəfli razılaşmaya nail olmağa çağırıram”, - Baş katib yazıb.