BAKI, 30 aprel. TELEQRAF
İran parlamentində Rəcai limanında baş verən partlayışla bağlı yayılan xarici müdaxilə və ya təxribat iddiaları təkzib olunub.
Teleqraf İran KİV-ə istinadla xəbər verir ki, bu barədə parlamentin Milli Təhlükəsizlik Komitəsindən bildirilib.
Qurumdan deyilib ki, indiyə qədər hadisənin xarici qüvvələrin müdaxiləsi və ya təxribat nəticəsində baş verdiyinə dair heç bir sübut təqdim olunmayıb:
“Bildiyimizə görə, bu hadisənin xarici müdaxilə ilə əlaqəli olduğuna dair heç bir dəlil yoxdur. Heç bir hesabatda təxribat və ya xarici agentlərin iştirakı barədə məlumat verilməyib”.
Məlumatda qeyd olunur ki, partlayış müdafiə sənayesi və ya silahlı qüvvələrlə də bağlı deyil.
Xatırladaq ki, bundan əvvəl İran parlamentinin deputatı Məhəmməd Mehdi Şəhriyari partlayışın səbəbinin təxribat ola biləcəyini iddia etmişdi.