BAKI, 22 aprel. TELEQRAF

İsrail Qəzza zolağını ələ keçirməli, HƏMAS-ı məhv etməlidir.

Teleqraf xəbər verir ki, bunu İsrailin maliyyə naziri Bezalel Smotriç deyib.

“Yanvar ayında atəşkəs anlaşması imzalananda mən birmənalı şəkildə bəyan etdim ki, tam fərqli şəkildə döyüşə qayıdacağıq, məqsədimiz HƏMAS-ı ram etmək, məğlub etmək, məhv etmək, Qəzza zolağını ələ keçirmək və orada hərbi rejim tətbiq etmək, eləcə də daxildən və xaricdən bizi məhv etmək istəyən hər kəsə siqnal vermək olacaq. Amma təəssüf ki, baş verənlər bunlar deyil. Məncə, Qəzzaya hücum etmək vaxtıdır. Əgər bu baş verməsə, bu hökumətin mövcudluğunun heç bir əsası olmayacaq”, - nazir bildirib.