BAKI, 17 aprel. TELEQRAF

Qəzza zolağında mart ayında döyüşlərin yenidən başlanmasından sonra HƏMAS hərəkatı ciddi maliyyə çətinlikləri ilə qarşılaşıb.

Teleqraf xəbər verir ki, “The Wall Street Journal” məlumat yayıb.

Məlumatda bildirilir ki, HƏMAS piyada döyüşçülərə, sahə komandirlərinə və Qəzza anklavının idarə olunmasında iştirak edən məmurlara edilən ödənişləri azaltmağa məcbur olub.

Qeyd olunur ki, 2023-cü il oktyabrın 7-də törədilən hücumlardan əvvəl HƏMAS təxminən 500 milyon dollar vəsait toplaya bilib. 2023-cü ilin sonunda silahlı münaqişənin başlanmasından sonra maliyyə axını kəskin şəkildə azalıb. Çünki Qəzzaya vəsait ötürmək xeyli çətinləşib.