BAKI, 16 aprel. TELEQRAF
İsrail Müdafiə Qüvvələri qeyri-müəyyən müddətə Livan və Suriyada təhlükəsizlik zonalarında qalacaqlar.
Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Katz deyib.
“İsrail Müdafiə Qüvvələri qeyri-müəyyən müddətə Livan və Suriyada təhlükəsizlik zonalarında qalacaqlar. Əvvəlki əməliyyatlardan fərqli olaraq, (İsrail ordusu) təmizlənmiş və ələ keçirilən əraziləri tərk etmir”, - müdafiə naziri bildirib.
Xatırladaq ki, İsrail müdafiə naziri bundan əvvəl Qəzza zolağındakı hərbi qüvvələrin çıxarılmayacağını açıqlamışdı.