BAKI, 16 aprel. TELEQRAF

HƏMAS İsrailin atəşkəslə əlaqədar təklifinə vasitəçilərə öz cavabını təqdim etməsə də, Qəzza zolağında hərbi əməliyyatlar genişləndiriləcək.

Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Katz deyib.

“HƏMAS razılaşmanı rədd etməkdə israr edərsə, İsrail ordusunun Qəzza zolağındakı fəaliyyəti genişlənəcək”, - müdafiə naziri bildirib.

Katz həmçinin qeyd edib ki, HƏMAS ilə Qəzza sakinləri arasında girovların azad edilməsi sazişinin icrası ilə bağlı gərginlik artır.

“İsrailin tələbləri bəllidir: HƏMAS məhv edilməli, girovların azad olunmalı”, - İsrail müdafiə naziri əlavə edib.

Katz yüz minlərlə Qəzza sakininin didərgin düşdüyünə və bölgənin ərazilərinin bufer zonaya birləşdirilməsinə diqqət çəkib: “İsrail ordusu istənilən müvəqqəti və ya daimi razılaşma əsasında Qəzza zolağında qurduğu bufer zonalarda qalacaq”.