BAKI, 14 aprel. TELEQRAF

Fələstin hərəkatı HƏMAS siyasi partiyaya çevrilməyə hazır olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Məlumata görə, HƏMAS rəhbərliyi təşkilatın siyasi partiyaya çevrilməsi istiqamətində addım atmağa hazır olduqlarını bildirib.