
BAKI, 8 aprel. TELEQRAF
ABŞ və İran nümayəndələri həftəsonu Omanda görüşəcəklər.
Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi bildirib.
“İran və ABŞ dolayı yolla yüksək səviyyəli danışıqlar üçün şənbə günü Omanda görüşəcək. Bu bir sınaq olduğu qədər də bir fürsətdir. Top Amerikanın meydançasındadır”, - iranlı nazir deyib.
Görüşdə ABŞ nümayəndə heyətinə prezidentin xüsusi elçisi Stiven Uitkoff, İran heyətinə isə Abbas Əraqçi rəhbərlik edəcək.
ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Tehranın nüvə proqramı ilə əlaqədar tərəflər arasında görüşün keçiriləcəyini açıqlamışdı.