BAKI, 4 aprel. TELEQRAF

Qəzzada İsrail ordusunun döyüş əməliyyatlarını bərpa etməsindən sonra təxminən 280 min insan öz evlərini və ya müvəqqəti yerləşdiyi yerləri tərk etmək məcburiyyətində qalıb.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi (OCHA) bildirib.

Qurumun verdiyi məlumata görə, aprelin 2-nə qədər təxminən 280 min insan Qəzzadan köçüb. Artıq BMT-yə məxsus sığınacaq yerləri tam dolub və gigiyenik şəraitin təmin edilməsində çətinliklər yaşanır.

Qeyd edək ki, martın 18-də İsrail ordusu Qəzza sektorunda döyüş əməliyyatlarını bərpa edib.