BAKI, 21 mart. TELEQRAF

İsrail Müdafiə Qüvvələri bu gün səhər saatlarında Qəzza zolağının mərkəzində yerləşən keçmiş Türk-Fələstin dostluq xəstəxanasını partladıb.

Teleqraf xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada obyektin HƏMAS tərəfindən istifadə olunduğu deyilib.

İsrail ordusu xəstəxanada məskunlaşan bir qrup HƏMAS silahlısına hava hücumu təşkil etdiyini və obyektin “terror infrastrukturu”na çevrildiyini qeyd edib.

“Vurğulayırıq ki, bina bir ildən artıqdır aktiv xəstəxana kimi istifadə olunmur”, - açıqlamada deyilir.

Müəssisənin Türkiyə tərəfindən inşa edildiyi bildirilir.