BAKI, 20 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün əlindən gələni edəcək.

Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

“Prezident artıq bunu bəyan edib, o, İranın heç vaxt nüvə silahına malik olmaması üçün hər şeyə hazırdır. Bu barədə fikri son dərəcə aydındır. Tramp sülhə can atan prezidentdir. Əgər siz ondan soruşsanız, o, problemi diplomatik yolla, müharibəsiz həll etməyə üstünlük verəcəyini söyləyərdi”, - dövlət katibi bildirib.

Rubionun sözlərinə görə, başqa ölkələr ABŞ-nin bu təşəbbüsünə qoşulmasa, Amerika yenə də bu addımı təkbaşına atacaq.

“İran və ayətullahların, o dini fanatiklərin nüvə silahına malik olduğu dünya bizim üçün qəbuledilməzdir”, - Amerikanın baş diplomatı vurğulayıb.