BAKI, 19 mart. TELEQRAF

Dünən Qəzza zolağında İsrailin hərbi əməliyyatları zamanı öldürülən Fələstinin “İslami Cihad” Hərəkatının sözçüsü Əbu Həmzənin fotosu yayımlanıb.

Teleqraf xəbər verir ki, qara keffiyəsi ilə tanınan Əbu Həmzənin ölümünü “İslami Cihad” da təsdiqləyib.

Əbu Həmzənin şəxsiyyət vəsiqəsindəki əsl adının Naci Mahir Əbu Seyf olduğu bildirilib.

Fələstinli döyüşçünün keffiyəsiz (ənənəvi Yaxın Şərq baş geyimi - red.) fotosu da yayımlanıb.

Fotoşəkildə Əbu Həmzə ilk dəfə üzüaçıq görünür:

Xatırladaq ki, Əbu Həmzə dünən İsrailin hava hücumu zamanı Qəzzada ailəsi ilə birlikdə yaşadığı evdə öldürülüb.