
BAKI, 19 mart. TELEQRAF
İsrail hökuməti "Güclü İsrail" partiyasının lideri Tamar Ben-Qviri İsrailin milli təhlükəsizlik naziri vəzifəsinə təyin edilməsi təklifini təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.
Qeyd edək ki, Qəzzada atəşkəs əldə edildikdən sonra ifrat sağ meylli "Güclü İsrail" partiyası koalisiyadan ayrılıb. 2022-ci ildən bu ilin yanvar ayına qədər olan dövrdə də Ben-Qvir milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.