BAKI, 18 mart. TELEQRAF

Fələstinin “İslam Cihadı” Hərəkatının hərbi qanadı olan “Sərayyə əl-Qüds” qrupunun rəsmi nümayəndəsi Əbu Həmzə Qəzza zolağında İsrailin hücumu nəticəsində öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə “Al Hadath” məlumat yayıb.

Məlumata görə, İsrail aviasiyası Əbu Həmzənin ailəsi ilə birlikdə yaşadığı evi bombalayıb.

Hadisənin Qəzzanın hansı hissəsində baş verdiyi barədə məlumat verilmir.