
BAKI, 7 mart. TELEQRAF
PKK/YPG terror təşkilatının Suriyada fəaliyyətini davam etdirməsinə imkan verilməyəcək.
Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
Nazir bu terror təşkilatının Türkiyənin andlı düşməni olduğunu və Suriyada SDQ adından istifadə etdiyini vurğulayıb.
Fidan qeyd edib ki, Ankara lazım gələrsə, PKK/YPG-nin əlində olan və İŞİD terror təşkilatı üzvləri və yaxınlarının qaldığı düşərgə və həbsxanalara da nəzarət edə bilər.
“Əgər biz Suriyanın qonşuları olaraq öz regional platformamızı yarada bilsək, ABŞ geri çəkilsə belə, İŞİD-ə qarşı mübarizəmizi davam etdirə bilərik”, - Hakan Fidan vurğulayıb.