.jpg)
BAKI, 5 mart. TELEQRAF
Son üç il ərzində İran İslam Respublikasının Britaniya vətəndaşlarını və bu ölkədə müvəqqəti yaşayış icazəsi olan yaşayan şəxsləri öldürmək üçün planlaşdırdığı iyirmi sui-qəsdin qarşısı alınıb.
Teleqraf xəbər verir ki bunu Böyük Britaniyanın təhlükəsizlik üzrə dövlət naziri Den Jarvis deyib.
O, İran hökumətinin artan təhlükəsi ilə mübarizə aparmaq üçün bir sıra tədbirlər görüləcəyini açıqlayıb.
"Britaniya hökuməti Britaniyada İslam Respublikasının tapışırıqlarını yerinə yetirən cinayətkarları cəzalandırmaq üçün yeni sərt qanunlar qəbul edib",- Jarvis bildirib.
Təhlükəsizlik naziri deyib ki, İran hökuməti və onun kəşfiyyat xidmətlərinin terrorçu qruplar kimi sanksiyaya məruz qala bilməsi üçün rəsmi London İran hökumətinə qarşı antiterror qanunlarını tətbiq etmək yollarını nəzərdən keçirir.